Pakistan və Səudiyyə Ərəbistanının birgə donanma təlimləri başlayıb

2018/02/IMG-20180205-WA0041_1517848097.jpg
Oxunub: 3888     00:27     06 Fevral 2018    
Bu gün Pakistan Donanmasının Xüsusi Xidmətlər Qrupu ilə Səudiyyə Donanması Xüsusi Əməliyyat Qüvvələrinin 4-cü birgə təlimləri başlayıb.

Ordu.az “Pakistan Today”ə istinadən xəbər verir ki, təlimlərin məqsədi terrorizmə qarşı əməliyyat bacarıqlarının artırılması və peşəkar imkanlarının mübadiləsidir.

Pakistan donanmasının mətbuat katibinin sözlərinə görə, təlimlər liman və dəniz ərazilərində baş tutacaq.

Təlimlərin bu ayın 16-da başa çatacağı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin