Pakistan HHQ yeni raketinin uğurlu sınağını həyata keçirib

2018/02/435345-(2)_1517645351.jpg
Oxunub: 2198     16:07     03 Fevral 2018    
Pakistan Hərbi Hava Qüvvələrinin JF-17 “Thunder” qırıcısı Görüş Məsafəsindən Kənar (GMK) və infraqırmızı raketlərlə aşağı sürətli hədəfin vurulması sınağı uğurla baş tutub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq Pakistanın Sonmiani poliqonunda həyata keçirilib.

“Yerli istehsal olan JF-17 “Thunder”in bu gün Sonmiani poliqonunda (GMK) infraqırmızı raketlə aşağı sürətli hədəfi həssas dəqiqliklə vurması Pakistan HHQ üçün əlamətdar hadisədir”, - deyə Pakistan HHQ-nin rəhbəri marşal Züheyil Aman bildirib.

Onun sözlərinə görə, silahın uğurlu sınağı JF-17 “Thunder”in çoxməqsədli imkanlarının da sübutudur. Marşal silahın ərsəyə gəlməsi və sınağın uğurla baş tutmasından Pakistan və Çin personalının böyük əmək sərf etdiyini qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   HHQ   JF-17  


Bizi "telegram"da izləyin