Ermənistan MN-nin korrupsiyalarından bəhs edən sayt təhdid edilir

2018/02/345345_1517558627.jpg
Oxunub: 3539     16:02     02 Fevral 2018    
"Medialab.am" xəbər saytına qarşı sosial şəbəkələrdə ünvanlanan hədə qorxu ilə bağlı toplanan materiallar İrəvan polisinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinə göndərilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş prokurorunun məsləhətçisi Qor Abrahamyan öz Facebook səhifəsində məlumat yayıb.

Məlumata görə, "Medialab.am" xəbər saytının redaktoru "Facebook" sosial şəbəkəsində ciddi xəbərdarlıq alıb. Buna, bir neçə gün öncə xəbər portalında Ermənistan müdafiə nazirliyinin 7 dekabr 2017-ci ildə 1 milyon dram dəyərində gül alması və orduda korrupsiya riskləri barədə məlumat dərc etməsi olub.

Təhdid edən şəxs bildirib ki, "Medialab.am" saytını 2015-ci ilin yanvar ayında Fransanın "Şarl Ebdo" jurnalına edilən basqının aqibəti gözləyə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Vigen-Sarkisyan   Korrupsiya  


Bizi "telegram"da izləyin