Ermənistan MN-nin nümayəndələri Moskvada danışıqlar aparır

2018/02/13039034534_1517553535.jpg
Oxunub: 2491     14:39     02 Fevral 2018    
Ermənistan müdafiə nazirliyinin nümayəndələri Moskvada danışıqlar aparır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin nümayəndələri Moskvada erməni-rus ikitərfli danışıqlarında iştirak edib.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin baş qərargahının əməliyyat idarəsinin rəisi, general-mayor Tiran Xaşatryanın başçılıq etdiyi nümayəndə heyəti 30-31 yanvar tarixlərində Moskvada, KTMT-nin birləşmiş qərargahında, kollektiv təhlükəsizlik qurumunun rəhbər orqanları və təşkilatlarının qüvvə və vasitələrinin birgə hazırlığı üzrə 2018-ci il planı ilə nəzərdə tutulmuş əməliyyat və döyüş hazırlığı tədbirlərinin hazırlanması, “Döyüş qardaşlığı-2018” şərti adı altında keçiriləcək təlimin əməliyyat strateji vəziyyətinin müzakirəsi və erməni-rus ikitərəfli danışıqlarında iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   KTMT  


Bizi "telegram"da izləyin