Si Cinpin KXDR-ə dövlət səfəri edəcək

2026/05/1778692481.jpg
Oxunub: 189     08:47     05 İyun 2026    
Çin Sədri Si Cinpin 8-9 iyunda Koreya Xalq Demokratik Respublikasına (KXDR) dövlət səfəri edəcək.

Ordu.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin bəyanatına istinadən məlumat yayıb.

"Koreya Əmək Partiyasının Baş katibi və Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Sədri Kim Çen Inın dəvəti ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və Çin Xalq Respublikasının Sədri Si Cinpin iyunun 8-dən 9-dək Koreya Xalq Demokratik Respublikasına dövlət səfəri edəcək", - bəyanatda deyilir.

Qarşıdakı səfərin təfərrüatları və gündəliyi hələ açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   KXDR   Çin  


Bizi "telegram"da izləyin