Erməni general: "Müdafiə naziri hərbçi deyil"

2018/02/f1d04680b4549d7be124ff1a41cf464c324234_1514395567_1517502221.jpg
Oxunub: 1833     00:17     02 Fevral 2018    
"Xaricdən gələn mütəxəssislər deyirlər ki, hansı zəif cəhətlər varsa aradan qaldırılmasına kömək edə bilərik".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ehtiyatda olan general-mayor, "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan bildirib.

Tadevosyan Ermənistan müdafiə naziri Vigen Sarkisyanın ordudakı islahatlarına münasibət bildirərkən qeyd edib ki, yeni “Xalq-Ordu” konsepsiyasına görə ön xəttdə tələbələrin xidmət aparması mənfi haldır.

"Hər halda ordu komplektləşdirilməlidir. Bilirsiniz ki, böyük əksəriyyəti müqaviləli hərbi qulluqçulardır. Hazırda məqsəd ön xətti saxlaya bilməkdir. Xaricdən gələn mütəxəssislər deyirlər ki, hansı zəif cəhətlər varsa aradan qaldırılmasına kömək edə bilərik. Vigen Sarkisyan hərbçi deyil. Biz hərbçilər istəyirik ki, bizə silah versinlər, ancaq dövlətin bu silahı verməyə vəsaiti olmadığını dərk etməliyik", - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Vigen-Sarkisyan   Başıpozuqluq  


Bizi "telegram"da izləyin