“Gürcüstanın NATO-ya üzvlüyü ABŞ və Aİ-nin maraqlarına cavab verir” –HESABAT

2018/01/received_2463699017189585_1517331312.png
Oxunub: 3595     00:52     31 Yanvar 2018    
“Gürcüstanla qarşılıqlı əlaqələrin gücləndirilməsi, onun hərbi imkanlarının inkişafı və NATO üzvlüyü yolunda irəliləməsi ABŞ-ın milli maraqlarına cavab verir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu ifadələr İrs Fondunun hesabatında yer alıb.

“Gürcüstan üçün NATO üzvlüyü: ABŞ və Avropanın maraqları çərçivəsində” başlıqlı hesabatda bildirilir ki, 2018-ci il ABŞ-NATO-Gürcüstan əlaqələri üçün vacib ildir. Bu təkcə Rusiya-Gürcüstan müharibəsinin 10 illiyinə görə yox, həm də NATO-nun Gürcüstana üzvlük vəd etməsinin on illiyinə görədir.

Hesabatın müəllifi olan Lyuk Koffinə görə, ABŞ-Gürcüstan əlaqələrinin gücləndirilməsi üçün ABŞ aşağıdakı addımları atmalıdır:

- Gürcüstanın NATO-ya üzv olmasını dəstəkləməli;
- Regional müdafiə və ABŞ-ın Qara dənizdə hərbi mövcudluğunu artırmaqla qarşılıqlı hərbi əlaqələri gücləndirməlidir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   GürcüstanAİ  


Bizi "telegram"da izləyin