ATƏT-in yeni sədri: “Qarabağın həlli üçün cəhdlərimizi davam etdirəcəyik”

2018/01/alfanante324234_1514881554.jpg
Oxunub: 4049     16:40     02 Yanvar 2018    
"İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilatın hazırda dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyətini gücləndirəcək".

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu yanvarın 1-dən təşkilata sədrlik etməyə başlayan İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu formatı çərçivəsində 3 həmsədr ölkə-ABŞ, Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdləri davam etdirəcəklər.

"İtaliya bir sıra mövcud formatlar vasitəsilə uzunsürən münaqişələrin həlli üzrə ATƏT-in fəaliyyətini gücləndirəcək. ATƏT məkanında olan münaqişələrin həlli üçün formatlar məlumdur. 2008-ci ildə Gürcüstanda baş verən münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə Cenevrə beynəlxalq müzakirələr formatı yaradılıb. Moldovanın Dnestryanı bölgəsindəki münaqişənin həlli üçün "5 + 2" formatı mövcuddur. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində 3 həmsədr ölkə ilə birlikdə cəhdlərimizi davam etdirəcəyik", - deyə Alfano bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Qarabağ   Alfano  


Bizi "telegram"da izləyin