Terrorçular Suriyada ordunun mövqelərinə hücum edib

2017/12/45645645645_1514615694.jpg
Oxunub: 456     14:33     30 Dekabr 2017    
“Ən-Nusra” və Əhrar əl-Şam terrorçu qruplaşmaları Dəməşqin cənubundakı Gutanın Harasta qəsəbəsində Suriya ordusunun mövqelərinə hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əbu Dican adlı bir Səudiyyə vətəndaşı Harastada ordunun qərargahı yaxınlığında partlayıcı maddələrlə dolu yük maşınını partladıb.

Partlayışdan sonra terrorçular obyektin mühafizəsini təşkil edən əsgərlərə hücum ediblər.

Buna cavab olaraq Suriya hərbi hava qüvvələri terrorçulara qarşı bir neçə hava hücumu həyata keçirib. Eyni zamanda ordunun artilleriya qüvvələri də hücuma dəstək verib.

Hadisə zamanı ölən, və ya yaralananlar haqda heç bir məlumat yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ən-Nüsra   Suriya   Dəməşq   Terror  


Bizi "telegram"da izləyin