Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bub barədə Ermənistan ordusunun mina partlayışından ölən zabiti Qeğam Zakaryanın anası bildirib. O, Zakaryana dəfələrlə başqa sahəni seçməyi təklif etdiyini bildirib.
Lakin o, anasını dinləməyib və hərbi institutda istehkamçı ixtisasını seçib. Zakaryanın anasının sözlərinə görə, oğlu təyinat vaxtı püşkatmadan imtina edərək özü Qrabağa yollanıb. Lakin, araşdırmalara görə, bu il heç bir zabit Ermənistana təyinat almayıb, əskinə zabitlərin hamısını birbaşa Qarabağa göndəriblər.
2017-ci il noyabrın 21-də işğal altında olan Ağdərədəki hərbi hissələrdən birinin "müdafiə zolağı"nda mina basdırarkən leytenant Qeğam Zakaryanla birgə, onun bölüyünün əsgərləri Sarkis Abrahamyan və Sarkis Məlikyan da ölüb. Narek Hoveyan isə ağır yaralanıb.
Bu günədək Ermənistan müdafiə nazirliyi minanın kimin səhvi ucbatından partladığına dair məlumat verməyib. Lakin erməni əsgər anasının sözlərindən məlum olur ki, Ağdərə hərbi hissəsinin komandiri təcrübəsiz zabiti mina basdırmağa göndərib.
Xatırladaq ki, 22 yaşlı erməni zabiti təhsilini yeni başa vurub. O, leytenant hərbi rütbəsi ilə Ağdərədəki hərbi hissəyə, istehkam bölüyünə təyinat alıb. Ermənistan ordusunda cəmi 3 ay xidmət edən Zakaryanın meyiti evlərinə bağlı tabutda gətirilib.
Ordu.az