XİN: "Kaspşikin ofisinin genişləndirilmısi prosesi substantiv danışıqlarla paralel getməlidir"

2017/12/XİN_1514446629.jpg
Oxunub: 439     15:36     28 Dekabr 2017    
"ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilmısi məsələsi bu il ərzində müzakirə olunub. Belə bir fikirlər var və həmsədrlərin son bəyanatında da bu məqam əksini tapıb".

Ordu.az APA-ya istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H. Hacıyev qeyd edib ki, Azərbaycan bu təkliflərə müsbət baxır.

"Amma bu kimi say artırılması prosesi münaqişənin həlli üçün nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir", - deyə o bildirib.

Qeyd edək ki, ATƏT sədrinin şəxsi nümayəndəsi polşalı diplomat Anjey Kaspşikdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Kaspişik   ATƏT  


Bizi "telegram"da izləyin