Həmsədrlərlə Kəlbəcər girovlarının taleyi müzakirə olunub

2017/12/1422518097_etatist_151444667834534_1514446923.jpg
Oxunub: 418     15:41     28 Dekabr 2017    
"İl ərzində ATƏT-in Minsk qrupunun həmsədləri ilə Azərbaycanın işğal altında olan torpaqlarına səfər edən zaman qanunsuz olaraq həbs olunan Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə dair məsələ müzakirə olunub. Bundan əlavə onların taleyi ilə bağlı məsələ beynəlxalq təşkilatların diqqətinə çatdırılıb"

Ordu.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

XİN rəsmisi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı 4000 minə yaxın əsir və itkin düşmüş azərbaycanlı ilə bağlı məsələ ATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq təşkilatlarda müzakirə edilib və gündəmdə saxlanılıb.

"Həmçinin qeyd etmək istəyirəm ki, Avropa Məhkəməsində "Çıraqovlar və digərləri Ermənistana qarşı" işi üzrə qərar çıxarılıb və Ermənistan tərəfinin işğal nəticəsində öz torpaqlarından didərgin düşən şəxslərə kompensasiya verilməsinə dair qərar qəbul edib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəlbəcər-girovları   Qarabağ   ATƏT  


Bizi "telegram"da izləyin