"İlin ikinci yarısında danışıqlar prosesində canlanma oldu" - Hikmət Hacıyev

2017/12/Hikmət-Hacıyev_1514446374.jpg
Oxunub: 442     15:34     28 Dekabr 2017    
"2017-ci ilin ikinci yarısında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində canlanma olub".

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla Minsk qrupunun atdığı addımlar nəticəsində Ermənistanın danışıqlar masasına qayıtması mümkün olub.

"Təəssüf ki, işğal başa çatmayıb. Həmsədrlər BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki yekun aktı əsasında üzərlərinə düşən vəzifələri yerində yetirsinlər. İlk növbədə işğala son qoyulmalı, qaçqın və məcburi köçkünlər geri qayıtmalıdırlar", - deyə Hikmət Hacıyev qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   BMT-TŞ   XİN  


Bizi "telegram"da izləyin