Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə almaniyalı politoloq Aleksandr Rar Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi prosesinə dair sualları cavablandırarkən bildirib.
Onun sözlərinə görə, diplomatların problemlə bağlı təcrübəsizliyi, münaqişənin həll edilməməsi səbəblərindən biridir. Politoloq münaqişədə irəlləyişin əldə edilməsi üçün böyük beynəlxalq təşkilatların da prosesdə iştirakının vacib olduğunu vurğulayıb.
"Münaqişənin ciddi olduğunu, irəliləyişin olmadığını, əksinə zaman-zaman gərginlik müşahidə edildiyini, hətta müharibə təhdinin olduğunu dərk edərək, bu münaqişənin həlli məqsədilə gərək daha təsirli və nüfuzlu, ciddi yeni platformalar təşkil edilsin.
Münaqişənin həllində bu və ya digər şəkildə tərəflərə təsir etmək açarları olan, kütləvi şəkildə beynəlxalq təşkilatların iştirakının tərəfdarıyam. Bunlar Avrasiya İqtisadi Əməkdaşlıq birliyi, Avropa İttifaqı, BMT kimi təşkilatlar ola bilər. Bu təşkilatların hər biri kifayət qədər ciddi siyasi təşkilatlardır. Bunlardan biri Azərbaycan, digəri Ermənistan üçün səmərəli ola bilər. Lakin münaqişənin həllinə cəlb edildikdən sonra bu təşkilatlar ATƏT-in Minsk qrupu kimi vahid şəkildə fəaliyyət göstərməlidir", -deyə Rar bildirib.
Aleksandr Rara görə, münaqişənin həlli platforması nə qədər geniş və yüksək səviyyəli olarsa, münaqişənin həlli məsələsində bir o qədər də geniş imkanlar yaranar.
"Mən arzu edərdim ki, münaqişənin həllində artıq siyasi qüvvə kimi fəaliyyətdə olan Aİ və AİƏT iştirak etsinlər", - deyə politoloq Rar bildirib. Onun fikirinə görə, bu qurumların müdaxiləsi ilə bölgədə vəziyyəti sabit saxlamaq mümkündür.
Alpər Mövludoğlu
Ordu.az