“Kapustin Yar”da qitələrarası ballistik raket sınaqdan keçirilib

2017/12/4624024234234_1514291996.jpg
Oxunub: 2007     20:39     26 Dekabr 2017    
Rusiya Silahlı Qüvvələrinin Strateji Təyinatlı Raket Qoşunları RS-12M “Topol” qitələrarası ballistik raketdə prespektivli avadanlıqları sınaqdan keçiriblər.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“26 dekabr 2017-ci ildə Həştərxan vilayətinin “Kapustin Yar” poliqonunda Strateji Təyinatlı Raket Qoşunları tərəfindən RC-12M “Topol” qitələrarası ballistik raketinin sınaq atışı həyata keçirilib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, sınaqların məqsədi qitələrarası ballistik raketlərin prespektivli döyüş avadanlıqları ilə birlikdə sınaqdan keçirilməsi olub.

“Sınaqlar çərçivəsində raketdən müdafiə sahəsində effektiv vasitələrdən əldə olunan nəticələr gələcəkdə Rusiya ballistik raket qruplarının təchizatında istifadə ediləcək”, - deyə məlumatda vurğulanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Topol   Kapustin-Yar   QBR  


Bizi "telegram"da izləyin