UNO, zombi və robot qatillərə qarşı müharibə: Pentaqonda nə baş verir?

2017/12/265456158_151370633356_1514273451.jpg
Oxunub: 511     15:28     26 Dekabr 2017    
Bexnəlxalq ictimaiyyət artıq uzun müddətdir ki, Birləşmiş Ştatların bütün dövlətləri öz siyasi xətti ilə getməyə məcbur etməsinə şahidlik edir. Amerika siyasətçiləri bütün mümkün vasitələrlə dünyada öz təşəbbüslərinin qəbul olunmasına çalışırlar.

Son dövrlərdə Pentaqonda baş verənlər xüsusi maraq doğurur. “ABC News”un məlumatına görə, ABŞ Müdafiə Nazirliyi öz vətəndaşlarını uçan boşqablar, yeriyən cəsədlər və soyuqqanlı döyüş maşınlarından qorumağı əsas prioritet olaraq müəyyənləşdirib.

Belə ki, Pentaqonun istənilən ssenariya uyğun fəaliyyət planı var və dövlət bu planları maliyyələşdirməkdə xəsislik etmir.

Nümunə qismində Pentaqonun “zombi-apokalipsis” halı üçün fəaliyyət planı hazırlamasını qeyd edə bilərik.

ABŞ Silahlı Qüvvələri Strateji Komandanlığının “CONPLAN 8888” adlı məxfilikdən çıxarılan sənədini oxuduqda bəlli olur ki, bu, zombilərlə mübarizə üzrə dövlət proqramına alternativdir. Sənəddə təşəbbüsün məqsədi amerikalıların universal müdafiəsinin təmin edilməsi olaraq göstərilir.

Lakin müdafiə sahəsi üzrə amerikalı ekspert Con Payk bildirir ki, Pentaqon bu rəqibləri real düşmənləri – Çin və ya Şimali Koreyanı adı ilə çağırmamaq üçün uydurub.

Daha dəqiq ifadə etsək, əslində, büdcədən pullar günəş altında daha çox quru payına sahib olmağa malik olan dövlətlərə qalib gəlmək üçün ayrılır.

Con Payk qeyd edir ki, əgər Vaşinqtonun Pekin, Moskva və Pxenyanla mövcud olan əlaqələrini nəzərə alsaq, təxmin etmək olar ki, “soyuqqanlı qatil maşınlar” Çini, “uçan boşqablar” Rusiyanı, “yeriyən cəsədlər” isə KXDR-i ifadə edir.

Axı məhz bu ölkələr ABŞ-ın əsas siyasi rəqibləridir və ideyaya uyğun olaraq, bənzər proqramlar məhz onlara qarşı hazırlanır.

Hərçənd bu, təxminlərdir, kim bilir, bəlkə, Pentaqon bütün dünyanın xəbərdar olmadığı həqiqətlərlə mübarizə aparır. Lakin mübarizə aparmaq üçün öncə onların məhz Pentaqon tərəfindən “yaradılacağını” da istisna etmək olmaz.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   UNO   Zombi   Robot-qatillər  


Bizi "telegram"da izləyin