Ordu.az xarici KİV-lərə istinadən xəbər veri ki, bu barədə bu gün Yaponiya Aerkosmik Tədqiqatlar Agentliyi məlumat yayıb.
Qeyd edilir ki, raket daşıyıcısının buraxılışı dekabrın 28-dən yanvarın ortalarınadək təxirə salınıb.
Müddətlərin dəyişdirilməsi raketin vəziyyətinin yoxlanılması zamanı aşkarlanan texnoloji problemlərlə bağlıdır. Lakin bu problemlərin nədən ibarət olması açıqlanmayıb.
Xatırladaq ki, SS-520 raket daşıyıcısının yanvar ayında baş tutan uçuşu uğursuzluqla nəticələndi. Səbəb isə konstruksiyada elektrik naqillərinin müdafiəsinin düzgün təşkil olunmaması idi.
Qeyd edək ki, raketin uzunluğu 9,54 metr, diametri 52 santimetr, çəkisi isə 2,6 ton təşkil edir.
Ağalar Qəribov
Ordu.az