Yəməndə koalisiya qüvvələrinin 37 təyyarəsi və 1200 tankı sıradan çıxarılıb

2017/12/IMG-20171225-WA0018_1514217265.jpg
Oxunub: 458     23:57     25 Dekabr 2017    
Səudiyyə Ərəbistanının Yəməndə başçılıq etdiyi hərbi kampaniya ərzində koalisiyanın onlarla təyyarəsi, yüzlərlə döyüş tankı və silahlı nəqliyyat vasitəsi sıradan çıxarılıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumat xarici KİV-lərdə yayılıb.

Məlumatda bildirilir ki, koalisiya qüvvələrinin itkilərinə “Boeing AH-64 Apache” hücum helikopterləri, 5 ədəd “McDonnell Douglas F-15 Eagle” və “General Dynamics F-16 Fighting Falcon” döyüş təyyarələri, əlavə olaraq 20-dən çox kəşfiyyat təyyarələri daxildir. Bundan başqa 10 döyüş gəmisi, freqat və bir neçə silah gəmisinin məhv edildiyi də bildirilib.

Yəmən müharibəsinin Riyad üçün ÜDM-nin 15%-nə bərabər büdcə kəsrinin yaranmasına və ümumi valyuta ehtiyatlarının 737 milyard dollardan 437 milyard dollara qədər azalmasına səbəb olduğu bildirilir.

Səudiyyə Ərəbistanı yaxın müttəfiqi sabiq prezident Mənsur Hadinin iqtidarını bərpa etmək məqsədilə 2015-ci ilin martından etibarən Yəməndə hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar nəticəsində bu vaxta qədər yüzlərlə qadın və uşaq da daxil ümumilikdə 15 min 300 yəmənlinin həlak olduğu ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   SəudiyyəƏrəbistanı