BMT TŞ ABŞ-ın terrorçulara dair qətnaməsini qəbul edib

2017/12/4622014567567_1513923766.jpg
Oxunub: 347     14:21     22 Dekabr 2017    
BMT Təhlükəsizlik Şurası münaqişə zonaları, ilk növbədə İraq və Suriyadan öz ölkələrinə qayıdan terrorçuaların yarada biləcəyi təhlükənin qarşının alınması üçün beynəlxalq cəhdlərin aktivləşdirilməsi barədə qətnamə qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ nümayəndə heyəti tərəfindən təklif olunan qətnaməni BMT Təhlükəsizlik Şurasının Rusiya da daxil olmaqla bütün 15 üzvü dəstəkləyib.

Qətnamədə münaqişə ocaqlarından öz ölkələrinə qayıda bilmədikləri üçün digər ölkələrə gedərək orada ətrafına yeni şəxslər toplamaq üçün təbliğat fəaliyyəti ilə məşğul olan terrorçulara qarşı mübarizənin vacibliyi də vurğulanır.

Bununla əlaqədar olaraq BMT Təhlükəsizlik Şurası dövlətləri milli sərhdərlərə effektiv şəkildə nəzarət etməyə və sənədlərin verilməsində, həmçinin yoxlanılmasında diqqətli olmağa səsləyib.

Qətnamədə bildirilir ki, terrorizmin və terrorçuların fəaliyyətinin qarşısının alınmasında ən effektiv vasitə informasiya mübadiləsi formasında həyata keçirilən beynəlxalq cəhdlərin aktivləşməsidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   ABŞ   Terror  


Bizi "telegram"da izləyin