Son aylarda bilavasitə ölkəsinin Nazirlər Kabinetinin formalaşdırılması üzrə daxili siyasi işlərlə məşğul olan Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinə zəng edərək Rusiya qoşunlarının Ukraynadakı Atəşin Kəsilməsinə Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzindən çıxarılması səbəbi ilə maraqlanıb.
Ordu.az “Voyennoye obozreniye” nəşrinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya prezidenti Merkel üçün Rusiya zabitlərinin Ukraynadan çıxarılmasını izah etməyə çalışıb.
“Vladimir Putin qeyd edib ki, Ukrayna hökuməti uzun müddətdir ki, Ukrayna rəhbərliyi müxtəlif məhdudlaşdırma və provokasiyalarla Rusiya hərbi qulluqçularının səlahiyyət və vəzifələrini yerinə yetirməyə mane olmağa cəhd edirlər. Rusiya tərəfinin dəfələrlə bu vəziyyətin aradan qaldırılması üçün Ukraynaya müraciətinə baxmayaraq, onlar heç bir reaksiya göstərmədilər”, - deyə məlumatda bildirilir.
Həmçinin telefon danışığı zamanı Ukrayna məsələsinə dair dialoq təklifi barədə razılıq əldə olunduğu qeyd olunur.
Almaniya kansleri Ukraynadakı Atəşin Kəsilməsinə Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzinin tam həcmdə fəaliyyətinin bərpa olunmasını təklif edib. O qeyd edib ki, bu mərkəz münaqişənin aradan qaldırılmasına böyük töhfələr verə bilər.
Ağalar Qəribov
Ordu.az