BMT Qüdsü İsrailin paytaxtı olaraq tanımadı – SON DƏQİQƏ

2017/12/IMG-20171221-WA0042_1513880588.jpg
Oxunub: 437     02:23     22 Dekabr 2017    
BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının tanınmaması barədə qətnamə qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qətnaməyə qarşı cəmi 9 ölkə çıxıb.

BMT Baş Assambleyasının qətnaməsinə qarşı çıxan ölkələr ABŞ, İsrail, Honduras, Mikroneziya, Marşall adaları, Qvatemala, Nauru, Palau və Toqodur.

Qeyd edək ki, dekabrın 18-də BMT Təhlükəsizlik Şurasında Misir tərəfindən “ərəb qrupu” adından təklif olunan analoji qətnamə müzakirə edilirdi. Lakin ABŞ veto hüququndan istifadə etdi və qətnamə qəbul olunmadı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   ABŞ   İsrail   Qüds  


Bizi "telegram"da izləyin