ABŞ və Cənubi Koreya hərbi təlimləri aprelədək təxirə sala bilər

2017/12/USA---South-Korea_1513837924.jpg
Oxunub: 408     14:37     21 Dekabr 2017    
ABŞ və Koreya Respublikasının birgə keçirməyi planlaşdırdıqları “Key Resolve” və “Foal Eagle” təlimləri mart ayından aprel ayına keçirilə bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Qərargah Rəhbərləri Komitəsinin rəsmi nümayəndəsi bəyan edib.

“Əgər müvafiq qərar qəbul olunsa, təlimlər aprelə keçiriləcək. Cənubi Koreya prezidenti Mun Çje İn Amerika tərəfinə regionda stabillik və 2018-ci il Qış Olimpiya Oyunlarının uğurla keçirilməsi üçün manevrlərin müddətinin dəyişdirilməsi barədə təklif göndərib”, - deyə Cənubi Koreya Qərargah Rəhbərləri Komitəsinin rəsmi nümayəndəsi bildirib.

Hərbçi həmçinin qeyd edib ki, bu, KXDR-in özünü necə aparmasından asılıdır. O, Pxenyanı Pxençyanda fevralın 9-dan 25-dək keçirilən Qış Olimpiya Oyunları zamanı provokasiyalardan çəkinməyə səsləyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CənubiKoreya   ABŞ   KXDR  


Bizi "telegram"da izləyin