Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası Qərargah Rəhbərləri Komitəsi məlumat yayıb.
“Bu gün səhər Şimali Koreya əsgəri Cənubi Koreyanın demilitarizasiya zonasının qərb hissəsindən ölkədən qaçıb. Hərbi qulluqçu qatı tumandan istifadə edərək Cənubi Koreya sərhəddinə keçib və burada saxlanılıb. Hazırda müvafiq orqanlar onun məqsədini müəyyənləşdirir”, - deyə məlumatda bildirilir.
Bildirilir ki, Cənubi Koreya əsgərləri KXDR istiqamətinə 20-dən çox güllə atıblar. Bir müddət keçdikdən sonda Şimali Koreya əsgərlərinin də atəş açdıqları barədə məlumat verilib.
Qeyd edək ki, bu faktla cari il ərzində KXDR-dən Cənubi Koreyaya qaçan əsgərlərin sayı 4-ə çatıb.
Ordu.az
Ağalar Qəribov