Suriya hökumət qüvvələri və PYD arasında gərginlik artır

2017/12/13960824000669_PhotoI_1513786824.jpg
Oxunub: 422     00:11     21 Dekabr 2017    
Suriya hökumət qüvvələri və PYD terrorçuları arasında Xəsaka şəhərində gərginlik durmadan yüksəlir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Şurası məlumat yayıb.

Məlumatda bildirilir ki, Xəsakanın mərkəz hissəsində Suriya ordusunun iki PYD üzvünü həbsə almasından və buna qarşılıq olaraq terrorçuların ordunun 3 əsgərini tutmasından sonra şəhərdə tərəflər arasında gərginlik artıb.

Şəhərin yaxınlığındakı ordu bazasına əlavə 100 əsgər gətirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Terror   PYD  


Bizi "telegram"da izləyin