Ordu.az xəbər verir ki, bu barədə “USA Today” nəşri adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ aydın şəkildə Bağdada bəyan edib ki, Amerika qoşunlarının İŞİD üzərində qələb qazanılmasından sonra da İraqda qalmasını istəyir.
“Hər iki ölkə 2011-ci il hadisələrinin təkrar olunmasından qaçmaq istəyir, həmin vaxt ABŞ öz qoşunlarını İraqdan “Əl-Qaidə” terror təşkilatının zəifləməsindən sonra çıxardı və cəmi üç il sonra İŞİD ölkə ərazisinə daxil olaraq İraq ordusunu məğlubiyyətə uğratdı”, - deyə nəşr rəsmilərin sözlərindən sitat gətirir.
Qeyd edək ki, dekabrın 10-da İraq baş naziri Heydər əl-Abadi İraqda İŞİD-in məğlub olunduğunu bəyan edib.
Ağalar Qəribov
Ordu.az