Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı tərəfindən məlumat yayılıb.
Həmçinin, bir Türkiyə əsgərinin şəhid olduğu, bir əsgərin isə yaralandığı bildirilib.
Məlumatda Türkiyə ərazisinə qanunsuz olaraq keçməyə çalışan 9000-ə yaxın insanın əngəlləndiyi də əlavə edilib.
Bundan başqa kustar üsullarla hazırlanmış 27 ədəd partlayıcı maddə, PKK tərəfindən gəlir mənbəyi kimi istifadə edilən 100 kq-dan çox narkotik maddə, 100000 paket qaçaq siqaret və 3000 litr neft ələ keçirilib, 63 silah anbarı, sığınacaq, mağara dağıdılıb.
Məlumat üçün qeyd edək ki, PKK Türkiyə, ABŞ və Aİ-nin terror təşkilatları siyahısına daxildir. Təşkilatın Türkiyəyə qarşı 30 ildən uzun müddətdir ki, davam edən fəaliyyəti 40000 nəfərdən çox insanın ölümünə səbəb olub.
Ağalar Ağalarlı
Ordu.az