Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin dəftərxanası məlumat yayıb.
Diskussiya iştirakçıları il ərzində irəli sürdükləri tezisləri təkrar ediblər, lakin iclası yaddaqalan edən əsas hadisə masa ətrafında KXDR-in BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Ça Son Namın peyda olması olub.
KXDR nümayəndə heyəti ilk dəfə Koreya yarımadasında mövcud olan vəziyyətlə bağlı çıxış edib.
“Bizim qeydlərimiz göstərir ki, KXDR BMT Təhlükəsizlik Şurasının iclaslarında ilk dəfə çıxış etmir, Şimali Koreya bir qayda olaraq açıq debatlarda iştirak edib, lakin KXDR-də nüvə silahının yayılması mövzusunda çıxış etdikləri ilk belə haldır”, - deyə məlumatda bildirilir.
Ağalar Qəribov
Ordu.az