KXDR: Nüvə silahı yalnız özünümüdafiəyə xidmət edir

2017/12/816_1513364281.jpg
Oxunub: 460     02:53     16 Dekabr 2017    
“Pxenyanın nüvə silahı digər ölkələr üçün təhlükə mənbəyi deyil və istisnasız olaraq yalnız öz ərazisinin müdafiəsinə xidmət edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KXDR-in BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Ça Son Nam bəyan edib.

“Kimin nə deməsindən asılı olmayaraq KXDR ən güclü nüvə və hərbi dövləti kimi inkişafa davam edəcək. Hər kəs üçün aydındır ki, KXDR digər ölkələrin maraqlarını pozmur. Nüvə silahı yalnız özünümüdafiə və regionda təhlükəsizliyin təmin olunmasına xidmət edir”, - deyə Nam bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə-silahı  


Bizi "telegram"da izləyin