Vigen Sarkisyan müğənnilərin dəstəyinə ümid edir

2017/12/vig-glav23423_1512196066.jpg
Oxunub: 558     14:24     02 Dekabr 2017    
Ermənistanda dövlət mükafatları və ya adlarının istənilən şəxsə verildiyi faktdır. Lakin məlum olur ki, Vigen Sarkisyan bir az daha uzağa getməyə qərar verib.

Məlumatlara görə, Vigen Sarkisyan müdafiə nazirliyi tərəfindən dövlət mükafatlarının verilməsi qaydalarına dair 2 noyabr 2017-ci ildə əmr imzalayıb.

Erməni nazirin əmrində ictimai təşkilatlar hər hansı vətəndaşı mükafatlandırmaya təqdim etmək üçün, tələb olunan sənədlərdən başqa 3 nəfər tərəfindən verilən zəmanət sənədi təqdim etməli olduğu göstərilirdi.

Zəmanət verən şəxslər, tanınmış ictimai xadim, deputat, yüksək vəzifəli din xadimi və sairə ola bilər. Zəmanət verən tərəf kimi deputatların 105 nəfərdən ibarət olduğu məlumdur, lakin zəmanət verən tərəf kimi digər kateqoriyalar barədə bu naməlumdur. Ermənistan müdafiə nazirliyi deputatlardan başqa mügənni və artistləri də zəmanət verən şəxslər siyahısına əlavə edib.

Görünür, Vigen Sarkisyan müğənni və ya şou aparıcılarına mükafatlar verməklə əlavə dvidentlər qazanmaq, mediada özünə qarşı müsbət ictimai rəy oyatmaq niyyətindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vigen-Sarkisyan   Erməni-ordusu  


Bizi "telegram"da izləyin