Ordu.az 2017-ci ilin noyabrın 1-dən 30-a kimi Ermənistan ordusunda qeydə alınan itki, xəsarət, özünəqəsd, fərarilik, oğurluq və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.
Noyabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 19 (2 cinayət faktı –Vladimir Melkonyan və Vardan Xaçatryanın xidmət yoldaşları tərəfindən öldürülməsi gizlədilib) ölüm hadisəsi qeydə alınıb ki, onlardan 12-si silah anbarının partlaması, 3-ü mina partlaması, 2-si döyülmə, 1-i tank əleyhinə qumbaranın partlaması nəticəsində, 1-i isə naməlum şəraitdə (erməni KİV-lərinə görə infarkt) qeydə alınıb.
Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, müxtəlif şəraitlərdə silahla davranma qaydalarının pozulması, intihara cəhd, döyülmə, hərbi hissədə partlayış və digər hadisələrdə ən azı 25 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 16 fərarilik, 22 oğurluq və korrupsiya faktı da aşklarlanıb.
2 noyabr
Ermənistan müdafiə nazirliyinə məxsus hərbi hissələrdən birinin əşya xidməti rəisi Rafiq Əmircanyan 2015-ci ilin avqust ayından 2017-ci ilin yanvar ayına qədər hərbi hissənin əşya anbarından ümumi dəyəri 782 min 350 dram olan müxtəlif növ əmlakı mənimsəyib.
4 noyabr
İşğal altında olan Qarabağın Ağdərə istiqamətində yerləşən qanunsuz hərbi hissələrindən birinin silah anbarında güclü partlayış baş verib. Partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib. İlkin məlumata əsasən 12 nəfərin öldüyü və xeyli sayda yaralıların olduğu bildirilir.
Saat 12:10 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində tank əleyhinə qumbaranın partlaması nəticəsində, 1997-ci il təvəllüdlü əsgər Hrant Xaçatur Manqasaryan ölüb, Qevorq Vladislav Hyusnunts və Sergey Sevada Alumyan adlı əsgərlər isə, müxtəlif dərəcəli qəlbə yaraları alıblar.
6 noyabr
Müddətli hərbi qulluqçular Davit Quqasyan və Aleksandr Qazaryana qarşı ittiham irəli sürülüb. İttihama görə, onlar hərbi hissənin yaxınlığındakı ərazidən həmin hərbi hissənin müqaviləli hərbi qulluqçusu A. Tuxtaryana məxsus elektron bank kartını və parolunu tapıblar. Onlar öz aralarında razılığa gələrək, bankomatdan 80 min erməni dramı çıxarıb və məbləği iki yerə bölüblər. Nəticədə, oğurluq maddəsi üzrə cinayət işi açılıb.
7 noyabr
Erməni KİV-ləri Yervand Xaçatryan adlı hərbçinin müalicəsi və yaşayışı üçün dövlət tərəfindən dəstək göstərilməməsi barədə məlumat yayıblar.
Məlumata görə, bu ilin mart ayında, Tərtərin işğal altında olan Talış kəndinin düşmən nəzarətində olan ön xətt mövqelərində növbətçilik apararkən mina partlayışı nəticəsində, erməni ordusunun zabiti leytenant Yervand Xaçatryan yaralanıb və sag ayağının bir hissəsini itirib.
Araşdırmalar nəticəsində, Ermənistan müdafiə nazirliyi və digər rəsmi qurumların erməni zabitin yaralanması barədə məlumatı ictimaiyyətdən gizlətdiyi aşkarlandı. Məlumatın gizlədilməsi isə, faktiki olaraq Ermənistan müdafiə nazirliyinin saxta bəyanatlarını yaydığını və erməni ictimaiyyətini aldatdığını sübut edir.
9 noyabr
Müqaviləli əsaslarla Ermənistan ordusunda ərzaq anbarı rəisi kimi xidmət edən Barseq Mayilyan külli miqdarda ərzaq mənimsənilməsində ittiham edilir. Hazırda, Mayilyanın barəsində cinayət işi açılıb və ölkəni tərk etməməsinə dair öhdəlik götürdükdən sonra sərbəst buraxılıb.
İşğalçı Ermənistan ordusunun Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrindən birində daha bir ağır cinayət hadisəsi qeydə alınıb. Alayın zabiti kapitan Qurqen Qriqoryan xidmət yoldaşları tərəfindən döyülərək xəstəxanaya yerləşdirlib. Hadisə ilə bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır.
11 noyabr
İşğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun hərbi hissələrində daha iki əsgərin xidmət yoldaşları tərəfindən öldürülməsi faktı gizlədilib.
Hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın valideynlərinə övladlarının düşmən tərəfindən döyüş mövqeyində öldürüldüyü barədə yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib və onun sözlərindən məlum olub ki, hər iki hərbçi “bronejiletdə olublar”.
Lakin baxış zamanı ölənlərin hər ikisinin bronejiletlərinin zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə erməni hərbçilərinin düşmən tərəfindən deyil, münaqişə zəmnində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edir. Qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, artıq 2 nəfərin həbs edildiyi də məlumdur. Hər iki insidentlə bağlı Ermənistan müdafiə nazirliyi heç bir açıqlama verməyib.
11 noyabr
İrəvan şəhəri Lvov küçəsi 29 ünvanda yaşayan Karen Hovanisyandan orduya yenidən qayıtmaq üçün 3.000 ABŞ dolları məbləğində rüşvət tələb olunub. Rüşvətalma faktı ilə əlaqədar hərbi hissənin qərərgah rəisi vəzifəsində xidmət edən kapitan Hamlet Levonyan barədə cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir.
14 noyabr
İşğal altında olan Qarabağın Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Vəziyyətlərinin orta olduğu bilidirilir.
Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar. Belə ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməyib.
16 noyabr
Ermənistanın hərbi istintaq komitəsi tərəfindən aparılan geniş miqyaslı istintaq tədbirləri çərçivəsində, həlak olmuş və ya əlil olmuş hərbi qulluqçuların ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Ermənistan müdafiə nazirliyi tərəfindən maddi vəsait ayrılması işində bir sıra sui-istifadə halları müəyyən edilib.
Məlumata görə, maddi vəsait bank hesabına köçürülüb və daha sonra iri həcmdə rüşvət komissiyanın katibi, müdafiə nazirliyinin bölmə rəisi K. Harutyunyana çatdırılıb. Əldə edilən sübutlar əsasında, 4 fakt xüsusilə iri həcmdə rüşvət vermə halları daxil olmaqla, 5 nəfərə qarşı ittiham irəli sürülüb. Ermənistan müdafiə nazirliyinin artıq keçmiş bölmə rəisi olan K. Harutyunyana qarşı axtarış elan edilib.
Xatırladaq ki, 2017-ci il ərzində Ermənistan müdafiə nazirliyinin artıq ikinci əmakdaşı haqqında axtarış elan edilib. 2017-ci ilin aprel ayından Ermənisan müdafiə nazirliyinin maddi texniki departamentinin texniki təminat idarəsinin baş mütəxəssisi polkovnik-leytenant Arsen Qəribcanyan haqqında da axtarış elan edilmişdi. Axtarışdan 7 ay keçməsinə baxmayaraq o, hələ də tapılmayıb.
18 noyabr
Ermənistan silahlı qüvvələrində xidmətə çağrılan boksçu Qoro Gözəlikyan tank bölüyündə artıq xeyli “məşhurlaşıb”. O, hər cüzi məsələ üstündə əsgər yoldaşlarını döyür. Onun “qəhrəmanlığı” səbəbindən başqa bölükdə xidmət edən hərbi qulluqçu Qaqik Nersesyan hərbi hospitala düşüb.
Döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış qaydalarının pozulması davaya səbəb olub. Nəticədə hər iki əsgər xəsarət alıb.
Başqa bir cinayət hadisəsi nəticəsində baş nahiyəsindən xəsarət alan və hər iki qolu qırılan rabitə bölüyünün hərbi qulluqçusu Mxitar Abramyan hospitala yerləşdirilib.
İşğal olunmuş Madagiz yaşayış məntəqəsində xidmət edən Civan Gevorgyan gecə saatlarında, “Yat” komandasından sonra döyüldüyü üçün valideynləri Ermənistan Müdafiə nazirliyinin istintaq idarəsinə şikayət ediblər.
Düşmən ordusunun Hadrut yaşayış məntəqəsi ərazisindəki hərbi hissəsində isə Yura Martirosyan, Qrikor Danielyan və Qarik Martirosyan əlbir olaraq başqa bir hərbçini döyərək ona agır bədən xəsarətləri yetiriblər.
19 noyabr
Sosial şəbəkələrdə daha iki ermənistanlı hərbçinin fərarilik etdiyi barədə məlumat paylaşılıb. Əlahiddə artilleriya alayının kiçik çavuşu Qriqor Şahnazaryan və əsgər Vreji Qriqoryan xidmət yerini özbaşına tərk ediblər. Hər iki hərbi qulluqçu barəsində cinayət işi açılıb, axtarış elan olunub.
Ağdərə yaşayış məntəqəsindəki işğalçı ordunun hərbi hissəsində xidmət edən, zabit rütbəli Narek Mkrtçyan döyüş mövqeyində yoxlama apararkən müqavilə əsasında xidmət edən Hraç Naboyan adlı əsgərdə qadağan olunmuş mobil telefon aşkar edib. Zabit telefonu müsadirə etmək istədikdə Naboyanın kobudluğu nəticəsində başlayan mübahisə davaya səbəb olub. Hər iki hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alsa da komandanlıq məsələni ört-basdır edib.
20 noyabr
Ermənistan ordusunun 32236 nömrəli hərbi hissəsinin "OSA-AK" zenit raket divizion komandirinin maddi texniki təminat üzrə müavini Artak Matevosyan şəxsi maraqları naminə bilərəkdən saxtakarlığa yol verib. Matevosyan 58.191 erməni dramı dəyərində 140 litr dizel yanacağını mənimsəmə niyyəti ilə rəsmi sənədlərdə saxta qeydlər aparıb.
Bu qeydlər əsasında yanacaq sürtgü materialları anbarından mənimsəmə məqsədilə 140 litr yanacaq çıxarıb. Özünə məxsus Nissan-Tida markalı avtomobillə 7 plasmas qabda dizel yanacağını hərbi hissədən çıxaran Matevosyan, həmin yanacağı satış məqsədilə Sevan-Martuni avtomobil yolundakı yanacaq doldurma məntəqəsinə verib. Ancaq Ermənistan hərbi polisi onu yaxalayıb.
Ermənistan ordusunun N nömrəli hərbi hissəsinin müddətli xidmət hərbi qulluqçusu gizli yolla yeməkxanadan 360 ədəd yumurta oğurlamaq istəyərkən yaxalanıb. İttihama görə səhər yeməyi üçün nəzərdə tutulan 15480 erməni dramı dəyərində bir qutu, yəni 360 ədəd yumurtanı hərbi hissədən çıxarmaq məqsədilə hərbi hissəni çörəklə təmin edən maşına yerləşdirilib. Maşın hərbi hissədən çıxarkən Vayk hərbi polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq yoxlanılıb və oğurluq yumurta aşkarlanıb. Oğurluğa cəhd edən yeməkxananın çörək doğrayan müddətli xidmət hərbi qulluqçusu olub.
Ermənistan-Gürcüstan sərhədində yerləşən “Baqrataşen” Nəzarət-Buraxılış Məntəqəsində erməni hərbçi bıçaqlanıb. Belə ki, Nəzarət-Buraxılış Məntəqəsində sərhəd xidmətinin hərbçisi “Mersedes-Benz” markalı avtomobili yoxlamaq məqsədi ilə saxlayıb. Baqrataşen kəndinin sakinləri olan iki qardaş buna etiraz edib. Nəticədə tərəflər arasında mübahisə düşüb. Qardaşlardan biri əlindəki bıçaqla hərbçini bıçaqlayıb.
21 noyabr
Ermənistan ordusunun N nömrəli hərbi hissəsinin avtomobil xidməti rəisi Artur Şamiryan 1,5 mln erməni dramı dəyərində mənimsəmə faktına görə 700 min dram cərimə edilib. Şamiryan cari ilin mart və aprel aylarında hərbi hissəyə tədarük edilərək ona həvalə edilmiş benzin və dizel yanacağından satış yolu ilə 1,5 mln dram dəyərində məbləğ mənimsəyib.
Saat 18:35 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda erməni hərbçilər Qeğam Koryun Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Qurqen Abrahamyan (1998-ci il təvəllüdlü) və Sarkis Mher Melikyan (1997-ci il təvəllüdlü) mina partlaması nəticəsində ölüblər.
1998-ci il təvəllüdlü Narek Hayki Hoveyan isə yaralanıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
22 noyabr
Ermənistan ordusunda bölüyün gənc əsgərləri Robert Ayvazyan və Karen Hakopyan zabitlər tərəfindən məruz qaldığı təhqirlərə dözməyərək qəsdən özlərinə xəsarət yetirmiş, müqavilə əsasında xidmət edən Armen Yeğazaryan isə onu söyən zabiti döymüşdür. Tabor komandiri Robert Hambartsumyan tərəfindən döyülən əsgər isə hərbi hissənin tibb məntəqəsinə yerləşdirilmişdir. Baş verən hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.
Məzuniyyətdə olan ermənistanlı zabitlər də artıq xidmət yerinə qayıtmaq istəmir və müxtəlif bəhanələrlə xidmətdən yayınmaq istəyirlər. Xəbər yayılıb ki, tabor komandirinin müavini Levon Babayan məzuniyyətdən qayıtmadığı üçün həbs edilib.
Sosial şəbəkə istifadəçiləri belə bir məlumat da paylaşıblar ki, hərbi xidmətə yeni çağırılan 38 zabitdən 13 nəfəri xidmət etmək istəmədikləri üçün cəzalandırılmış və xidmət yerləri başqa hərbi hissəyə dəyişdirilib.
23 noyabr
İşğal altında olan Hadrut yaşayış məntəqəsində yerləşən işğalçı ordunun bölmələrinin birində baş verən dava nəticəsində hərbi qulluqçu Mxitar Barseğyanın ayağı sınıb. Xocəvənd rayonu ərazisində yerləşən hərbi hissədə isə əsgər yoldaşını döyən Slavik Xudoyan tabor komandiri tərəfindən həbs edilib. Baş verən cinayət hadisələri valideyinlərdən və hüquq mühafizə orqanlarından gizlədilir.
Ermənistan ordusunda xidmət edən Karen Arekelyan adlı hərbi qulluqçu döyüş postunda atəş açaraq öz ayağını yaralamışdır. Özünə xəsarət yetirən ermənistanlı əsgərlər Qarens Nazaryan və Samvel Sahakyan isə hospitala yerləşdiriliblər. Hadisələrlə bağlı araşdırma aparılsa da məlumatlar ictimaiyyətdən gizlədilir.
Düşmən ordusunun zabiti, komandir müavini Sulik Danielyan qışa hazırlıqla əlaqədar ön xətt mövqelərindəki vəziyyətlə bağlı məruzə hazırlayıb. “Zampolit” vəzifəsində xidmət edən Sulik Danielyan Ermənistan ordusundakı nöqsanlardan danışıb və özünü bəlaya salıb. İşğalçı ordudakı nöqsanları məruzəsində qeyd edən və yaxınları ilə bölüşəndən sonra komandir müavini S.Danielyan yuxarı komandirlər tərəfindən təqiblərə və təzyiqlərə məruz qalıb. Yazdığı məruzədən sonra özünə qarşı münasibətdən təngə gələn ermənistanlı zabit ordudan tərxis olmaq üçün yollar axtarır.
24 noyabr
Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən hərbi hissələrində nizamnamədən kənar münasibətlər zəmnində daha 2 cinayət hadisəsi qeydə alınıb. Nəticədə xəsarət alanlar var. Döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış sonradan davaya səbəb olub.
Başqa bir hadisə zamanı Qarabağdan olan əsgərlər tərəfindən hərbi qulluqçu Rafik Xaçaturyan döyülüb. Ayağından zədə alan minaatan bölməsinin əsgəri R.Xaçaturyanın vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.
Ermənistan ordusu tərəfindən işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən düşmən bölmələrindən birində dava baş verib. Xəsarət alanlar var. Davaya səbəb olan hərbi qulluqçu Rafik Avetisyan həbs edilərək Yerevana göndərilib. Hadisə hərbi polis tərəfindən araşdırılır.
25 noyabr
Ermənistan ordusunun hərbi qulluqçusu xidmət vaxtı ölüb. Hadisə Lori vilayətində yerləşən “N” saylı hərbi hissədə baş verib. Qeyd olunub ki, 24 noyabr tarixində 36 yaşlı Qarnik Petrosyanın anidən səhhəti pisləşib. O, Vanadzor hərbi hospitalına aparılarkən yolda ölüb.
Aparılan istintaq araşdırmaları nəticəsində Ermənistan müdafiə nazirliyi və fövqəladə hallar nazirliyi əməkdaşlarının rüşvət almaq, rüşvət vermək, rüşvət verilməsinə vasitəçilik etmək, xüsusilə iri həcmli fırıldaqçılıq halları üzrə 7 nəfərə ittiham irəli sürülüb.
27 noyabr
Ermənistanın Sünik vilayətində erməni ordusunun müqaviləli hərbi qulluqçusu qanunsuz ov etdiyinə görə məhkəməyə verilib. İttihama görə, Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu Q. Martik ovu tamamilə qadağan edilmiş dağ keçisi ovlamaqla dövlətə 250 min dram ziyan vurub.
2017-ci il noyabrın 24-də Ermənistanın Sünik (Zəngəzur-red) vilayətinin ümumi yurisdiksiya məhkəməsində hərbi qulluqçu Qevorq Xaçatryanın özünəqəsd həddinə çatdırılması işi üzrə dəlil olan əşyalar araşdırılıb və şübhəlilər dindirilib. Qaldırılmış cinayət işi çərçivəsində zastava (qarovul) rəisi kapitan Mher Voskanyana, zastava (qarovul) başçısı gizir Hovik Kələşyana, həmçinin müddətli xidmət hərbi qulluqçusu Harutyun Muradyana müxtəlif maddələr üzrə ittihamlar irəli sürülüb.
29 noyabr
Ermənistan ordusunun hərbi hissələrindən birinin əşya və ərzaq xidməti rəisi Rafiq Qevorkyana qarşı ittiham irəli sürülüb. Buna səbəb onun əşya və ərzaq anbarı rəisi Aşot Abrahamyanla əvvəlcədən razılığa gələrək, 26 iyun 2017-ci il saat 20:00-dan saat 23:30-dək olan müddət ərzində əşya anbarından mənimsəmə məqsədilə əmlakı ələ keçirməsidir. Bununla da büdcəyə 1 milyon dram (3515 AZN) ziyan vurulub.
Xatırladaq ki, hərbi hissənin əşya və ərzaq xidməti rəisi Rafiq Qevorkyan həbs edilib. Lakin həmin hərbi hissənin əşya və ərzaq anbarı rəisi Aşot Abrahamyan ölkəni tərk etməməsi barədə imza qarşılığında azad edilib.
30 noyabr
Hərbi hissə komandirinin müavini M. Oskanyanın 2016-cı il dekabrın 16-da saat 17:00 radələrində hərbi xidmətlə bağlı vəzifə borclarını yerinə yetirərkən, müddətli xidmət hərbi qulluqçusu erməni əsgəri M. Ter-Minasyana qarşı zorakılıq hərəkətləri etməsi aşkarlanıb.
O, Ter-Minasyanın boyun, sol bel nahiyyəsinə yumruq zərbələri endirərək, fiziki ağrılara, daxili qanaxmasına, spinal dərialtı hematoma yırtığının baş verməsinə səbəb olub. Hərbi qulluqçu əməliyyat edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Erməni-ordusu
Cəbhə
Atəşkəs
Qarabağ