Ordu.az xəbər verir ki, bu barədə ABŞ liderinin 24 iyun tarixli iş qrafikində məlumat yer alıb.
Gündəlik plana əsasən, danışıqlar Vaşinqton vaxtı ilə saat 15:30-da Ağ Evin Oval kabinetində başlayacaq. Ağ Ev administrasiyası əvvəllər Trampın NATO-nun baş katibi ilə görüşlərinin başlanğıc hissəsində jurnalistlərin iştirakına adətən icazə versə də, bu dəfə danışıqlar tamamilə qapalı qapılar arxasında keçiriləcək.
“Euronews”un məlumatına görə, NATO-nun iyul ayında Ankarada keçirilməsi gözlənilən sammiti ərəfəsində alyansın baş katibi “transatlantik gərginliyi” yumşaltmağa çalışaraq ABŞ-yə səfər edib.
Ağ Ev rəhbəri ilə danışıqlardan əlavə, Rütte Vaşinqtonda ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri ilə də görüşəcək. O, həmçinin məsafədən Polşa, Almaniya, Fransa, İtaliya və Böyük Britaniyanın daxil olduğu E5 qrupunun sammitində iştirak edəcək.
Sevinc Əliyeva
Ordu.az