Ordu.az xəbər verir ki, bunu Şimali Kipr Məclisinin sədri Ziya Öztürklər Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Kipr türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınması davamlı həll üçün əsas və zəruridir:
"Kiprin yunan kəsiminin hakimiyyəti adada həll yoluna maneə törədərək Şimali Kiprlə tərəfdaşlığa girmək istəmədiyini dəfələrlə və açıq şəkildə nümayiş etdirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "suveren bərabərlik və bərabər beynəlxalq statusa əsaslanan iki dövlətli həll" mövqeyini hər forumda dəstəklədiyinə görə minnətdarlığımızı bildiririk".
Ordu.az