CNN: Pentaqonun İrana qarşı əməliyyatının xərcı ən azı 40 milyard dollar olub

2026/04/1777534670.jpg
Oxunub: 196     09:12     22 İyun 2026    
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın xərcinin ən azı 40 milyard dollar olduğu bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, müharibənin ilkin xərcı təxminən 40 milyard dollar təşkil etsə də, ümumi məbləğin bundan xeyli yüksək olduğu ehtimal edilir.

CSIS-in baş müşaviri Mark Kansian CNN-ə bildirib ki, bu məbləğə sursatların, itirilmiş texnikanın və hərbi bazaların bərpası üçün çəkilən xərclər daxildir.

Bununla yanaşı, hesablamalara ABŞ Müharibə Nazirliyinin 2026-cı maliyyə ili büdcəsində artıq nəzərdə tutulmuş əməliyyat xərcləri daxil edilməyib.

Qeyd olunur ki, ABŞ müdafiə büdcəsinin ümumi həcmi 1 trilyon dolları ötür.

Telekanalın məlumatına görə, ABŞ hərbi qurumu artıq əlavə maliyyələşdirmə üçün ayrılmış 20 milyard dollara qədər vəsaitdən istifadə edib.

Ümumilikdə isə bu məqsədlər üçün 80 milyard dollar vəsait tələb olunduğu bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   İran   ABŞ  


Bizi "telegram"da izləyin