İsrail ordusu: HƏMAS komandiri Əbu Mustafa məhv edilib

2026/01/1768411945.jpg
Oxunub: 232     10:31     22 İyun 2026    
İsrail Müdafiə Ordusu və ölkənin daxili təhlükəsizlik xidməti birgə əməliyyat zamanı HƏMAS-ın “Nuxba” xüsusi təyinatlı bölməsinin komandiri Zəki Yusif Mahmud Əbu Mustafanı məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il iyunun 21-də İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, əməliyyat Qəzza zolağının cənub hissəsində həyata keçirilib.

“İsrail Müdafiə Ordusu və daxili təhlükəsizlik xidməti həftəsonu Qəzzanın cənubunda zərbə endirərək “Nuxba” bölməsinin komandiri Zəki Yusif Mahmud Əbu Mustafanı məhv edib”, - deyə məlumatda qeyd olunub.

İsrail tərəfinin iddiasına görə, Əbu Mustafa 2023-cü il oktyabrın 7-də Nir-Oz yaşayış məntəqəsinə daxil olub və hərbçilərə qarşı hücumlarda iştirak edib.

Bundan əlavə, onun xəstəxanalardan birini “terror fəaliyyəti” məqsədilə istifadə etdiyi bildirilib.

Açıqlamada qeyd olunur ki, Əbu Mustafa həmçinin atəşkəs razılaşmasını pozaraq “İslami Cihad” təşkilatının hərbi potensialını bərpa etməyə çalışıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Ordu   HƏMAS  


Bizi "telegram"da izləyin