ABŞ Karib dənizində narkotik alverçilərinin gəmisinə zərbə endirib

2026/04/1776654633.jpg
Oxunub: 270     07:00     22 İyun 2026    
ABŞ Silahlı Qüvvələri Karib dənizində narkotik vasitələr daşıyan gəmiyə zərbə endirib.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində bildirib.

Məlumata görə, hücum nəticəsində iki narkotik alverçisi öldürülüb, altı nəfər isə sağ qalıb.

"SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birgə əməliyyat qrupu iyunun 21-də gəmiyə zərbə endirib. Kəşfiyyat məlumatları təsdiqləyib ki, gəmi Karib dənizində narkotik vasitələrin qaçaqmalçılığı üçün istifadə olunan məlum marşrutlarla hərəkət edib və narkotik alverinin həyata keçirilməsi üçün istifadə olunub", - məlumatda qeyd edilib.

SOUTHCOM dəqiqləşdirib ki, əməliyyat zamanı ABŞ hərbi qulluqçularından xəsarət alan olmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Karib   Narkotik  


Bizi "telegram"da izləyin