Filippində məktəbdə atışmada şübhəli bilinən 2 nəfər saxlanılıb - YENİLƏNİB

2026/06/1782108511.jpg
Oxunub: 310     10:49     22 İyun 2026    
Takloban şəhərindəki (Filippin) San-Xose məktəbində atışmada əli olduğu ehtimal edilən iki yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə "GMA news" portalı şəhər polisinə istinadən məlumat yayıb.

Şəxsi baxış zamanı onların üzrərində odlu silah aşkar edilib.

Cinayətin motivləri, istifadə edilən odlu silahın növü və onun məktəbə keçirilmə üsulu ilə bağlı araşdırma aparılır.

İnsidentlə əlaqədar məktəbdə dərslər dayandırılıb.

***

Filippinin Takloban şəhərindəki San Xose milli orta məktəbində baş verən atışma nəticəsində üç nəfər həlak olub, beş nəfər yaralanıb.

Ordu.az xəbər verir, bu barədə "GMA news" məlumat yayıb .

Bildirilib ki, Takloban şəhər polis bölməsinin əməkdaşları təhlükəsizliyi təmin etmək üçün dərhal hadisəyə reaksiya veriblər.

Məlumata görə, bir şübhəli hadisə yerində həbs edilib, digər şübhəlinin axtarışı davam edir. Yaralılar xəstəxanalara çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Atışma  


Bizi "telegram"da izləyin