Suriyadan Azərbaycana gətirilən şəxslərlə görüş keçirilib - FOTO

2026/06/1782111306.jpg
Oxunub: 182     10:27     22 İyun 2026    
Ombudsmanın nümayəndələri Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş Suriyadan Azərbaycana repatriasiyası həyata keçirilən şəxslərlə görüş keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının rəsmi saytında məlumat dərc edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində 2026-cı ilin 7, 9 və 11 iyun tarixlərində Suriya Ərəb Respublikasından qadınlar və uşaqlar olmaqla 23 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Ombudsman Aparatından bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş həmin repatriantlarla görüş keçirilib.

“Görüş zamanı repatriantların sosial reabilitasiyası üzrə görülən işlər, habelə mövcud ehtiyacları öyrənilib, onların cəmiyyətə reinteqrasiyası və hüquqlarının müdafiəsi istiqamətində tövsiyələr verilib. Bununla yanaşı, repatriantlar Ombudsmanın mandatı və fəaliyyəti barədə ətraflı məlumatlandırılıb”, - deyə məlumatda qeyd edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Azərbaycan  


Bizi "telegram"da izləyin