Vasitəçilərlə davam etdirilən ABŞ-İran danışıqlarında heç bir nəticə əldə olunmayıb

2026/06/1782099609.jpg
Oxunub: 240     02:54     22 İyun 2026    
İsveçrədə vasitəçilərlə davam etdirilən ABŞ-İran danışıqlarında heç bir nəticə əldə edilməyib.

Ordu.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Qətər və Pakistanın vasitəçiləri araçılığı ilə mesaj mübadiləsini davam etdiriblər, lakin nəticə əldə olunmayıb.

"İran nümayəndə heyəti danışıqlar zamanı İranın dondurulmuş aktivlərinin blokdan çıxarılmasını və neft ixracı üçün icazələrin verilməsini sürətləndirməyə çağırıb", - agentlik qeyd edib.

Bildirilib ki, İran tərəfi ABŞ-nin memorandum çərçivəsində öhdəliklərini pozmasına etirazını bildirib və vurğulayıb ki, nüvə proqramı üzrə danışıqlar birbaşa imzalanmış sazişə riayət olunmasından asılıdır.

Qeyd edək ki, tərəflər danışıqlar üçün İsveçrənin Bürgenstok şəhərində görüşüblər, lakin ABŞ Prezidenti Donald Trampın İrana zərbələr endirmək barədə təhdidlərinə etiraz əlaməti olaraq İran nümayəndə heyəti qısa müddət sonra məkanı tərk edib. Daha sonra "Al Hadath" telekanalı bildirib ki, tərəflər arasında müzakirələr vasitəçilər yolu ilə davam edib.

"Axios" portalı isə bütün tərəflərin danışıqların gedişatından razı qaldığına dair məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin