Əl Şaraa Livanın xilası üçün "Hizbullah" ilə danışıqlara hazırdır

2025/01/1738177486.jpg
Oxunub: 192     00:44     22 İyun 2026    
Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa qonşu Livanda sülh və sabitliyi təmin edə biləcək həll yolunun axtarışı üzərində işləyir.

Ordu.az xəbər verir ki, Şaraa bu barədə BƏƏ-nin "Al Mashhad" telekanalına müsahibəsində bildirib.

"Biz Livan dövlətçiliyinin qorunub saxlanmasına zəmanət vermək üçün [Livanın radikal qruplaşması olan] "Hizbullah"la bağlı məsələni nizama salmağa çalışırıq. Əgər bu bütün tərəflər üçün faydalı olacaqsa, biz danışıqlar prosesinə hazır olduğumuzu bildiririk", - o vurğulayıb.

Suriya lideri qeyd edib ki, uzunmüddətli böhrandan çıxmaq üçün Livanın siyasi razılıq əldə etməyə kəskin ehtiyacı var, çünki ölkədəki vəziyyət qütbləşmənin daha da artmasına tab gətirmək iqtidarında deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şaraa   Livan   Hizbullah  


Bizi "telegram"da izləyin