"Al Mayadeen": Tramp təhdidlərə görə üzr istəməyənə qədər İran ABŞ ilə danışıqlara davam etməyəcək

2026/05/1779950914.jpg
Oxunub: 244     22:42     21 İyun 2026    
İsveçrədə Amerika tərəfi ilə danışıqlarda iştirak edən İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirmək hədələrinə görə üzr istəməyənə qədər müzakirələri davam etdirmək niyyətində deyil.

Ordu.az xəbər verir ki, bu barədə mərkəzi Beyrutda olan "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, İran tərəfi Tramp üzr istəməyənə qədər danışıqlar masasına qayıtmayacaq.

Bununla yanaşı, telekanal Tehrandakı nümayəndələrin öz tələblərini genişləndirdiyini bildirir: indi onlar təkcə Livanda hərbi əməliyyatların dayandırılmasını tələb etmir, həm də İsrail Silahlı Qüvvələrinin Livanın cənubundan çıxarılması şərtini irəli sürürlər.

Daha əvvəl Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb. "Tasnim" agentliyinin məlumatına görə, bundan sonra İran heyəti danışıqlar məkanını tərk edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran   ABŞ  


Bizi "telegram"da izləyin