Tramp Kolumbiyada keçirilən prezident seçkilərində Abelardo de la Esprielyanı təbrik edib

2026/05/1779950914.jpg
Oxunub: 192     10:32     22 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Kolumbiyada keçirilən prezident seçkilərində sağ mühafizəkar “Vətənin Müdafiəçiləri” hərəkatının namizədi Abelardo de la Esprielyanı qələbə münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, Tramp bununla bağlı 2026-cı il iyunun 22-də Truth Social sosial şəbəkəsində paylaşım edib.

“O qalib gəldi və böyük fərqlə qalib gəldi”, - deyə ABŞ Prezidenti yazıb.

Beləliklə, Tramp “Just the News” portalında dərc olunmuş və paylaşımına əlavə etdiyi materiala münasibət bildirib.

Həmin materialda Abelardo de la Esprielyanın “mühafizəkar siyasətdə yeni sima” olduğu və hakim sol yönümlü “Tarixi Pakt” koalisiyasının dəstəklədiyi liberal rəqibi İvan Sepeda Kastro üzərində cüzi üstünlüyə malik olduğu qeyd olunurdu.

Bununla belə, Kolumbiyanın Milli Seçki Şurası seçkilərin rəsmi nəticələrini hələ açıqlamayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kolumbiya  


Bizi "telegram"da izləyin