" Pentaqon " sözünə uyğun nəticə tapıldı!

"Pentaqon" - (1231 )

Pentaqon: ABŞ-ın Cənubi Koreyadakı qoşunlarının hazırlıq və ya qabiliyyətində ciddi bir azalma müşahidə olunmayıb

2019/11/630_3-1574419959.jpg
Oxunub: 833     12:32     11 Mart 2020    
“Koronavirus səbəbiylə ortaq hərbi təlimlərin təxirə salınmasından sonra ABŞ-ın Cənubi Koreyadakı qoşunlarının hazırlıq və ya qabiliyyətində ciddi bir azalma müşahidə olunmayıb”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Conatan Hoffman deyib.

Hoffman əlavə edib ki, havalar istiləşdikdən sonra fəaliyyətlər və təlimlər bərpa ediləcək.

Qeyd edək ki, ötən ay koronavirusun yayılması narahatlığı səbəbilə Cənubi Koreya və ABŞ hərbi təlimləri təxirə salınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Cənubi-Koreya