"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir

2026/06/1782099609.jpg
Oxunub: 186     23:23     21 İyun 2026    
İsveçrədə İran və ABŞ nümayəndələri arasında danışıqlar vasitəçilər araçılığı ilə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, İran nümayəndə heyəti otelə qayıdıb, lakin Amerika tərəfi ilə danışıqlar "qeyri-rəsmi formatda" davam edir.

Daha əvvəl İran nümayəndə heyətinin ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirmək hədələrinə görə üzr istəməyənə qədər müzakirələri davam etdirmək niyyətində olmadığı bildirilmişdi.

Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb. "Tasnim" agentliyinin məlumatına görə, bundan sonra İran heyəti danışıqlar məkanını tərk edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin