Əraqçi: “Danışıqlar zamanı İran neftinin ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılıb”

2026/05/1777637028.jpg
Oxunub: 212     09:15     22 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqton arasında aparılan danışıqlarda Pakistan və Qətərin vasitəçilik fəaliyyətinin mühüm nəticələr verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Əraqçi bununla bağlı 2026-cı il iyunun 22-də “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, əldə olunan nəticələr sırasında İran neftinin və neft-kimya məhsullarının ixracına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması da yer alır.

“Neft və neft-kimya məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılıb, blokada ləğv edilib, aktivlərin bir hissəsi dondurulmuş vəziyyətdən çıxarılıb, həmçinin İranın bərpası və inkişafı üzrə genişmiqyaslı proqram işə salınıb”, - deyə paylaşımda bildirilib.

Əraqçi əlavə edib ki, vasitəçilərin fəaliyyəti sayəsində Livanda müharibənin dayandırılması istiqamətində də əhəmiyyətli irəliləyiş əldə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran  


Bizi "telegram"da izləyin