"Axios": Rubio gələn həftə bir neçə Yaxın Şərq ölkəsinə səfər etməyi planlaşdırır

2026/06/1780424270.jpg
Oxunub: 206     03:31     20 İyun 2026    
ABŞ Dövlət katibi Marko Rubio gələn həftə bir neçə Yaxın Şərq ölkəsinə işgüzar səfər etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Axios" portalının müxbiri Barak Ravid məlumat yayıb.

"Rubio gələn həftə Yaxın Şərqə səfər planlaşdırır: iki mənbə qeyd edib ki, hazırda proqrama Küveyt, BƏƏ və Bəhreyn daxildir", - Ravid "X" sosial şəbəkəsində yazıb.

Daha əvvəl ABŞ Dövlət katibi Livan Prezidenti Cozef Aunla telefon danışığı aparıb və orada Livan tərəfinə dəstəyini ifadə edib. Rubio bildirib ki, Vaşinqton ölkədə təhlükəsizlik və sabitliyin təmin edilməsi və dövlət hakimiyyətinin onun bütün ərazisinə yayılması üzərində işləyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ  


Bizi "telegram"da izləyin