Ordu.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
Məlumata görə, “Realta Danışmanlık” tərəfindən bu il 17-ci dəfə keçirilən araşdırmada 98 mindən çox universitet tələbəsi və təxminən 40 min gənc peşəkar olmaqla ümumilikdə 137 mindən artıq şəxs iştirak edib.
137 mindən çox iştirakçının qiymətləndirməsi
İştirakçılar şirkətləri liderlik yanaşması, karyera imkanları, təhsil və inkişaf fürsətləri, korporativ mədəniyyət, əməkhaqqı və sosial təminatlar, eləcə də iş mühiti kimi meyarlar əsasında qiymətləndiriblər.
Müdafiə sənayesində zirvəyə yüksəlib
Araşdırmanın nəticələrinə əsasən, TUSAŞ ilk dəfə müdafiə sənayesi sektorunda lider mövqeyə yüksəlib. Bununla da şirkət gənc istedadların karyera hədəflərində ən çox üstünlük verdiyi sənaye qurumu olub.
Türkiyənin ən nüfuzlu 200 şirkəti siyahısında ilk onluqda
TUSAŞ bütün sektorları əhatə edən “Türkiyənin Ən Nüfuzlu 200 Şirkəti” siyahısında da ötən illə müqayisədə 12 pillə irəliləyərək 6-cı yerdə qərarlaşıb.
Yüksək texnologiyalar və karyera imkanları ilə fərqlənir
Milli aviasiya, kosmos və müdafiə texnologiyaları sahəsində həyata keçirdiyi layihələrlə diqqət çəkən TUSAŞ özünəməxsus platformaları və yüksək texnologiyalara əsaslanan iş mühiti ilə gənc mühəndislər və peşəkarlar üçün mühüm karyera mərkəzlərindən biri olmağa davam edir.
Sevinc Əliyeva
Ordu.az