Netanyahu İsraildə keçiriləcək seçkilərdə iştirak etmək və qalib gəlmək niyyətində olduğunu açıqlayıb

2026/05/1778436238.jpg
Oxunub: 196     09:12     16 İyun 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransı zamanı növbəti parlament seçkilərində iştirak etmək niyyətində olduğunu və ölkənin yeni hökumətini formalaşdıraraq ona rəhbərlik etmək üçün qələbə qazanacağına ümid etdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“Mən qarşıdan gələn seçkilərdə iştirak etmək və qalib gəlmək niyyətindəyəm”, - deyə Netanyahu bildirib.

Daha əvvəl onun rəhbərlik etdiyi “Likud” partiyası payızda keçirilməsi gözlənilən seçkilərdə Netanyahunun iştirak planları barədə məlumat vermişdi. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp ABC telekanalına verdiyi müsahibədə Netanyahunun yenidən namizədliyini irəli sürəcəyinə şübhə ilə yanaşdığını bildirmişdi.

Netanyahu ilk dəfə 1996-cı ildə İsrailin Baş naziri vəzifəsini tutub və bundan sonra seçkilərin nəticələrinə əsasən dəfələrlə hökumət formalaşdırıb. Ümumilikdə o, Nazirlər Kabinetinə 18 ildən çox rəhbərlik edib ki, bu da ölkə tarixində rekord göstəricidir.

Hazırkı hökumət 2022-ci ilin noyabrında keçirilmiş seçkilərin nəticələrinə əsasən, həmin ilin sonunda “Likud” partiyası ətrafında formalaşmış koalisiya əsasında yaradılıb. Koalisiyaya sağçı və ultraortodoks siyasi qüvvələr daxildir.

Knessetin səlahiyyət müddəti dörd ildir. Növbəti seçkilərin 2026-cı il oktyabrın 27-də keçirilməsi planlaşdırılır. Parlament vaxtından əvvəl buraxılacağı təqdirdə səsvermənin tarixi daha erkən müddətə keçirilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin