Ordu.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində istifadəçi you1126 tərəfindən yayımlanan “Copernicus” peyk görüntülərində məlumat verilib.
Keçid Arabat sahil dilinə aparır və Rusiyanın cənub istiqamətindəki quru logistika marşrutunun bir hissəsini təşkil edir.
Rusiya qüvvələri daha əvvəl Ukrayna zərbələri nəticəsində sabit keçid zədələndikdən sonra Çonhar bölgəsində də bərə keçidi inşa etmişdilər.
Peyk müşahidə məlumatlarına görə, yeni bərə keçidi iyunun 7-də meydana çıxıb.
Daha sonra Çonhar yaxınlığındakı bərə keçidinə gedən yollarda işğal altındakı Krımdan Xerson vilayətinin işğal olunmuş hissəsinə doğru hərəkət edən Rusiya yük maşınlarının növbələri qeydə alınıb.
İyunun 12-si səhər çəkilmiş görüntülərdə Xerson istiqamətində keçiddən əvvəl azı 17 yük maşını və bir neçə minik avtomobili müşahidə olunub.
Cankoy nəzarət-buraxılış məntəqəsində isə təxminən 15 yük maşınının növbədə gözlədiyi qeydə alınıb.
Eyni zamanda Krım istiqamətinə hərəkət edən minik avtomobilləri və ya yük maşınları peyk görüntülərində görünməyib. Halbuki yarımadada yanacaq və bəzi gündəlik istehlak mallarının qıtlığı davam edir.
Sonradan Ukrayna qüvvələri bu bərə keçidi də daxil olmaqla yeni zərbələr endirib.
İyunun 15-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş Krıma aparan körpülərə yenidən hücum edib.
Hücum nəticəsində Çonhar yaxınlığındakı körpü zədələnib. Heniçeski Arabat sahil dili ilə birləşdirən körpünün də zərər gördüyü bildirilib.
Sevinc Əliyeva
Ordu.az