ABŞ-də "B-52"-nin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb - YENİLƏNİB

2026/04/Ekran-1777046312.jpg
Oxunub: 564     08:45     16 İyun 2026    
ABŞ-də "B-52 Stratofortress" strateji bombardmançı təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın səkkiz üzvü həlak olub.

Ordu.az verir ki, bu barədə "CNN" Edvards Hərbi Hava Qüvvələri Bazasına istinadla məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə dərhal fövqəladə xidmət qüvvələri cəlb olunub. Hazırda qəzanın səbəbləri araşdırılır.

"B-52", ABŞ Hərbi Hava Qüvvələrinin ən qədim təyyarələrindən biridir və ilk dəfə 1955-ci ildə istifadəyə verilib.

Bu uzunmənzilli, ağır bombardmançı təyyarə adətən beş nəfərlik heyət, eyni zamanda nüvə bombaları və qanadlı raketlər daşıya bilir.

İşlək vəziyyətdə olan "B-52H" versiyası ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında mühüm rol oynamağa davam edir və bu təyyarələrin sayı 76-dır.

Təyyarə ABŞ və İran arasında mövcud münaqişə zamanı bombardman missiyalarında istifadə olunub.

***

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 bombardmançı təyyarəsi “Edvards” aviabazasından havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə təyyarənin aviabazadan havaya qalxmasından qısa müddət sonra baş verib.

Qəzanın səbəbləri və ekipajın taleyi ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   B-52  


Bizi "telegram"da izləyin