Paşinyan parlamentdədir, müxalifət deputatları iclası boykot edib

2026/03/1773688082.jpg
Oxunub: 196     11:04     16 İyun 2026    
İyunun 16-da Ermənistan parlamentinin son dördgünlük iclasına müxalifət nümayəndələri qatılmayıb.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu səbəbdən iclas yalnız hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatlarının iştirakı ilə keçirilir.

Məlumata görə, Ermənistanın gedici parlamentinin son dördgünlük iclasında müxalifət qüvvələri iştirak etməyərək prosesi boykot ediblər.

Hazırda parlamentdə keçirilən iclasda yalnız hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri təmsil olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin